Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər VAHİMƏDƏ: Azərbaycan nömrəli maşın Zəngəzurda... - FOTO

Ermənilər VAHİMƏDƏ: Azərbaycan nömrəli maşın Zəngəzurda... - FOTO

DÜNYA

1468

12.12.2020, 01:11

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

- Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

- Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

- Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.