Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
679
11.12.2020, 17:40
Qarabağ savaşında ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan yeni münaqişə ocağı yaradır.
Oxu24.com xəbər verir ki, bu dəfə münaqişənin ünvanı Ermənistanla Azərbaycan arasındakı sərhəd zonasıdır. Artıq erməni icitmai-siyasi fəallar və media Bakının Ermənistan sərhədlərinə müdaxilə etməsi barədə haray-həşir salıb.
Məsələ burasındadır ki, Ermənistan Qarabağı işğal etdikdən sonra oradakı inzibati ərazi vahidlərini dəyişib. Bununla da Ermənistan-Azərbaycan sərhədlərini əhəmiyyətini itirib. Bu fakt həm də onu göstərir ki, İrəvan əslində inzibati ərazi vahidlərini dəyişmək adı altında Qarabağın Ermənistana anneksiyasını həyata keçirib.
Azərbaycan işğal altında olan ərazilərini azad etdikdən sonra isə Azərbaycanla olan dövlət sərhədləri İrəvanın yadına düşüb. Bakı heç bir sərhəd pozuntusuna yol vermədiyi halda ermənilər Qarabağa aid olan bəzi ərazilərin guya əvvəldən Ermənistanın olması barədə iddialar qaldırıblar.
İlk toqquşma Kəlbəcərdəki Zod qızıl mədəni ilə bağlı olub. Ermənilərin iddiasına görə, sözügedən mədən Ermənistanın ərazisində yerləşir. Hətta bəzi erməni icitmai xadimlər iddia ediblər ki, Zod qızıl mədəninin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan ərazisinin itirlməsi deməkdir.
Bundan başqa, İrəvanın Zəngəzur qorxusu var. Ermənistanda düşünürlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez Zəngəzurun adını çəkməsi səbəbsiz deyil. Onların fikrincə, Bakı bu tarixi ərazisini də geri tələb edə bilər və indidən müharibə bəyanatları verirlər.
Başqa bir məsələ isə Ermənistan prezidenti Armen Sarkisyanın Rusiyaya müraciəti ilə bağlıdır. Sarkisyan müraciətində Ermənistanın sərhədlərinin müəyyənləşdirilməsi məsələsində Moskvadan yardım istəyib.
Siyasi analitiklərin fikrincə, bu, məkrli bir gedişdir. Rusiyanı Qarabağ savaşına cəlb edə bilməyən Ermənistan indi sərhəd məsələsində Moskva ilə Bakını üz-üzə qoymağa çalışır.
Şübhəsiz ki, sərhədlərin demarkaziyası zamanı İrəvan cığallıq edəcək. Azərbaycandan mümkün qədər ərazi qoparmağa çalışacaq. Rusiya müraciət edilməsi bu cığallığın sığortası hesab edilir. Amma Moskvanın İrəvanın bu oyununa gedəcəyi inandırıcı görünmür. Çünki Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da imzalanmış bəyanata görə SSRİ dövrünün sərhədləri əsas götürülür. Bu baxımdan, Azərbaycanın Ermənistanın sərhədlərinə müdaxiləsindən hər hansı söhbət gedə bilməz. Sadəcə destablizasiya elementi olan ermənilər yuxarıda qeyd etdiyimiz kimi yeni konfliktin əsasını qoymağa hazırlaşırlar.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.