Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir virus TƏHLÜKƏSİ QAPIDA: Analiz nəticələri pozitiv çıxdı

Daha bir virus TƏHLÜKƏSİ QAPIDA: Analiz nəticələri pozitiv çıxdı

DÜNYA

571

08.12.2020, 22:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli quş qripi aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, bunu İranın Mazanaran vilayəti Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

K.Rəbiinin sözlərinə görə, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz edilməsi ilə ötən gün (7 dekabr) analizin nəticələri pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 Qu quşunun ölüsü tapılıb.

Rəbii əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti su-bataqlıq ərazilərinə təxminən 2 min köçəri Qu quşu gəlir. İndiyədək Feridunkenar su-bataqlıq ərazisinə təxminən 500 qu quşunun gəldiyi bildirilir.