Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
543
08.12.2020, 22:11
“Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan – hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmadılar. Baş nazir Nikol Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirmişdi, indi də Ermənistan prezidenti Armen Sarkisyan növbəyə dayanıb. Sarkistan bu gün Putinə məktub göndərib”.
Savash.org xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Aremen Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubu şərh edərkən deyib.
“Məktubun mahiyyəti budur ki, Sarkisyan Putinin Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində yardım etməsini istəyir. Sarkisyan məktubunda müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsini də toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.
Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik, sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik. Ermənilər işğal altındakı əraziləri itirdilər, indi də sərhəddən nəsə qoparmağa çalışırlar. Buna imkan verə bilmərik”, – deyə E.Şahinoğlu vurğulayıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.