Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
12591
08.12.2020, 22:08
PKK/YPG-nin bir qolu kimi fəaliyyət göstərən və özlərini "erməni taboru" adlandıran terrorçular Qarabağdakı məğlubiyyətdən sonra Suriyaya geri qayıdıblar. Məğlubiyyəti həzm edə bilməyən terrorçuların Türkiyə, Rusiya və Azərbaycanda mülki insanlara qarşı terror aktları hazırladığı iddia edilib. Qruplaşma Bəşər Əsəd rejiminin nəzarətində olan bölgələrdə sərbəst hərəkət edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzeti yazıb.
Mənbə qeyd edir ki, 2019-cu ildə PKK/PYD/YPG terror təşkilatının erməni muzdlularından formalaşdırılan taboru məğlubiyyətin əsas səbəbi kimi gördükləri Rusiya, Türkiyə və Azərbaycanda dinc insanlara qarşı “canlı bomba” hücumları həyata keçirməyi planlaşdırdığı bildirilib:
“Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, taborun üzvləri arasında Ermənistan ordusundan olan generallar da var.
Suriya Demokratik Qüvvələri (SDQ) daxilində fəaliyyət göstərən qondarma erməni taboru Qarabağda atəşkəs elan edildikdən sonra Suriyaya qayıdıb. Bölgədəki mənbələr Suriya rejimi ilə yaxın əlaqələri olan taborun rejimin nəzarətindəki bölgələrdə rahat hərəkət etdiyi və fəaliyyət planlarını orada həyata keçirdiyi barədə məlumat verib. Əldə edilən məlumata görə, Ermənistanın Dağlıq Qarabağdakı ağır məğlubiyyətindən sonra PKK ilə əlaqədə olan erməni qrupları səs-küylü fəaliyyət planlarına keçiblər.
Regional qaynaqlar erməni taborunun Türkiyə, Azərbaycan və Rusiyanı məğlubiyyətindən məsul gördüyünü, mülki hədəflərə istiqamətli “canlı bomba” hücumları həyata keçirməyi planlaşdırdıqları barədə məlumat əldə etdiyini bildiriblər”.
Nəşr xatırladır ki, ötən il Təl-Temirdə qurulan 30-40 nəfərlik terror qrupu İŞİD tərəfindən öldürülən erməni terrorçu Nübar Ozanyanın adını daşıyır:
“Müxtəlif ölkələrdə yaşayan ermənilərdən və Ermənistan vətəndaşlarından ibarət “Nübar Ozanyan” SDQ daxilində fəaliyyət göstərir. Rəhbərləri arasında hələ də Ermənistan ordusunda çalışan erməni hərbçiləri var. Bu günə qədər əsasən Suriyada fəaliyyət göstərən qruplaşma PKK/PYD-YPG liderləri tərəfindən Azərbaycan və Ermənistan arasındakı münaqişədə iştirak etmək üçün Qarabağa göndərilmişdi”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.