SON DƏQİQƏ! ABŞ İRANA ZƏRBƏ ENDİRDİ
28 May 2026, 09:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
679
08.12.2020, 21:57
“Nikol Paşinyanın istefasını tələb edirik. Nikol Paşinyanın gedəcəyi aydındır, onun hakimiyyətdə qalması qeyri-mümkündür. Bu qərarı 10 gün əvvəlversəydi, bu gün sərhəd bölgəsi Vardenisdən keçməzdi, Ermənistanın təhlükəsizliyi təhdid altına düşməzdi, Dadivank (Xudavəng) monastrı azərbaycanlıların nəzarəti altında olmazdı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Artur Vanetsyan söyləyib.
Artur Vanetsyan Paşinyanın istefa vermək istəməməsinin ölkə iqtisadiyyatına ciddi ziyan vurduğuna inandığını bildirib:
“Nikol Paşinyan nə qədər ki vəzifəsindədir, iqtisadiyyatımız gəlirlərini itirəcək, vətəndaşlar yoxsullaşacaq. Nikol Paşinyanın hər gün hakimiyyətdə olması onun oğurluq etməsi deməkdir. Qərar verməlidir. Olub-keçənlərə baxmayaraq, Nikol Paşinyanın fiziki təhlükəsizlik zəmanətinə sahib olması üçün hər şeyi edəcəyik. Ancaq kreslosundan yapışmağa çalışması böyük bir problem yaradır.
Biz sona qədər mübarizə aparacağıq. Nikol Paşinyan artıq Ermənistanın baş naziri ola bilməz. Müharibədən əvvəl onunla siyasi müzakirə apara bilərdik, ancaq müharibədən sonra vəzifəsində qalmaq üçün nə mənəvi, nə də hüquqi əsası var. Ermənistan Respublikası və erməni xalqı məğlub liderə sahib ola bilməz”.
Artur Vanetsyana görə, ən böyük problem Nikol Paşinyanın qərar qəbul edə bilməməsidir:
“Müharibə sentyabrın 27-də başladı. Sentyabrın 27-dən bir neçə gün sonra Baş Qərargah rəisi Nikol Paşinyana müqavimət göstərməyə hazır olmadığımızı, bu müharibəni uduzacağımızı və bunun tez bir zamanda dayandırılmalı olduğunu bildirdi. Nikol Paşinyan belə bir qərar vermədi. O gün bir qərar versəydi, bəzi əraziləri itirərdik, ancaq böyük itki olmazdı”.
General Nikol Paşinyanın 19-20 oktyabr tarixlərində Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qərarla razılaşmadığı bir başqa epizodu xatırladıb.
09:14 / 28 May 2026
14
09:12 / 28 May 2026
14
09:10 / 28 May 2026
19
09:09 / 28 May 2026
15
09:04 / 28 May 2026
76
08:48 / 28 May 2026
25
08:30 / 28 May 2026
228
07:51 / 28 May 2026
158
01:29 / 28 May 2026
294
00:21 / 28 May 2026
318
00:12 / 28 May 2026
123
00:08 / 28 May 2026
112
00:02 / 28 May 2026
205
23:30 / 27 May 2026
878
23:09 / 27 May 2026
125
23:05 / 27 May 2026
2504
23:01 / 27 May 2026
115
22:43 / 27 May 2026
131
22:41 / 27 May 2026
192
22:35 / 27 May 2026
1902
22:31 / 27 May 2026
143
22:25 / 27 May 2026
147
22:15 / 27 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.