Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
620
08.12.2020, 14:30
İsrailin Kosmik Agentliyinin yaradıcısı və 30 ilə yaxın müddətdə kosmik proqramının rəhbəri olan professor, ehtiyatda olan general Haim Eshedin açıqlaması böyük rezonans doğurub.
Redaktor.az xəbər verir ki, o, yadplanetlilər həqiqətən mövcud olduğunu və onların öz gizliliklərini qorumaq üçün ABŞ rəhbərləri ilə razılıq əldə etdiyini bildirib:
"İnsanlıq hələ yadplanetlilərlə qarşılaşmağa hazır deyil. Həmçinin, ABŞ və qalaktik federasiya arasında olan böyük razılaşma Mars planetində də ABŞ və İsrail əməkdaşlığı ilə tədqiqatların aparılması və Marsdakı gizli yeraltı bazanı da əhatə edir. Əslində, Donald Tramp bir müddət öncə bu məsələni rəsmi açıqlamaq üzrə idi, lakin qalaktik federasiya rəhbərliyində olan yadplanetlilər ona hələ gözləməsini, xüsusən insanlığın bir az daha sakitləşməli olduğunu bildirdi.
Eshed yadplanetlilərin insanlığın bir qədər də inkişaf etməsini, kosmos ilə kosmik gəmilərin tam olaraq nə olduğunu dərk etməsini gözlədiyini iddia edib:
"Məsələn, bunları 5 il öncə deyə bilərdim, amma o zaman mənə dəli damğası vurub xəstəxanaya aparacaqdılar. Hətta bir dəfə bunu akademik mühazirəmdə dediyim zaman mənim ağlımı itirdiyimi demişdilər. Bu gün isə artıq bəşəriyyət hadisələrə başqa cür baxmağa başlayıb. Artıq itirəcək heç nəyim yoxdur, fəxri mükafatlarım və böyük elmi dərəcələrim var. Ölkə xaricində əksər universitetlərdə nüfuzum var və həmin ölkələrdə də vəziyyət dəyişir".
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.