Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuzun qorxunc taktikası ABŞ-ı HƏRƏKƏTƏ KEÇİRDİ - Rusiyaya MÜRACİƏT EDİLDİ

Ordumuzun qorxunc taktikası ABŞ-ı HƏRƏKƏTƏ KEÇİRDİ - Rusiyaya MÜRACİƏT EDİLDİ

DÜNYA

976

03.12.2020, 09:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Rusiyadan An-2 (Kukruznik) yüngül təyyarələri almaq istəyir.

Oxu24.com  xəbər verir ki, məqsəd təlim kurslarında potensial rəqib kimi istifadə etməkdir. Rusiyalı hərbi jurnalist Boris Rojin Pentaqonun An-2 təyyarələrini Qarabağ müharibəsində istifadənin effektivliyini araşdırmaq məqsədi ilə aldığı ehtimalını irəli sürüb.

“44 günlük müharibədə Azərbaycan An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi”, - Rojin deyir.

Vətən müharibəsində Azərbaycan Ordusunun “Kukruznik”lərdən necə istifadə etməsi hərb tarixinə yenilik kimi düşdü.

An-2 təyyarələri havaya qaldırılır; Ermənistan dərhal Hava Hücumundan Müdafiə sistemləri dərhal bu təyyarələri məhv edir; Azərbaycan Ordusu bununla düşmənin HHM sistemlərinin yerini müəyyləşdirərək, məhv edirdi;

“Kukruznik”lərdən yem kimi istifadə olunurdu. Ermənistan tərəfi isə sevinclə hər gün “Azərbaycanın döyüş təyyarəsini məhv etdik” açıqlaması yayırdı.

Azərbaycan SSRİ-dən qalan An-2 təyyarələrini naviqasiya sistemləri ilə təchiz edərək, pilotsuz təyyarəyə çevirmişdi və bundan müharibədə tarixə düşən fənd kimi istifadə etdi.(Publika)