Qaynar xətt:

(+99450) 247 90 86

Maradonanın ölümündə onun əli var?  - ŞOK

Maradonanın ölümündə onun əli var?  - ŞOK

DÜNYA

824

29.11.2020, 21:38

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.
Bu barədə “Report” AS-a istinadən xəbər verir. Məlumata görə, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.
İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.