Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib

Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirilib

DÜNYA

753

29.11.2020, 14:24

Türkiyə Müdafiə Nazirliyi son bir ayda 80 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Oxu24.com-un xəbərinə görə, bu barədə Türkiyə MN-nin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, bir ay ərzində terrorla mübarizə çərçivəsində 8-i böyük, 26-sı orta dərəcəli olmaqla ümumilikdə 34 əməliyyat həyata keçirilib.
Açıqlamada o da bildirilib ki, FETO terror təşkilatının Türkiyədə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdində iştirak edənlərdən bu günə qədər 20 min 564 heyət işindən azad edilib, 3 min 586 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Son bir ayda qanunsuz sərhəd keçən 35-i FETO mənsubu olan 6 min 863 nəfərin isə saxlandığı açıqlanıb.