Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi bazanın yaxınlığında partlayış olub, əsgərlər ölüb

Hərbi bazanın yaxınlığında partlayış olub, əsgərlər ölüb

DÜNYA

724

29.11.2020, 13:35

Əfqanıstanın Qazni şəhərində baş verən partlayış nəticəsində 20-dən çox insanın öldüyü bildirilir.
APA bildirir ki, bu barədə “Ariana News” agentliyi xəbər verir. Məlumata görə, partlayıcı ilə dolu avtomobil Əfqan silahlı qüvvələri bazasının yaxınlığında partladılıb.
Öldürülənlərin əksəriyyətinin hərbiçi olduğu qeyd olunur. Onu da qeyd edək ki, ötən həftə Kabil şəhərində əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində bir əfqan zabiti ölüb, üçü isə yaralanıb.