Azərbaycanlıların olduğu tankerə dron hücumu olub
15 Noyabr 2026, 14:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
737
29.11.2020, 12:17
Professor Dr. Alpay Azap hesab edir ki, antibiotiklər barədə tədbirlər görülməzsə, yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər.
Oxu24.com xəbər verir ki, tanınmış alim antibiotiklərin yalnız bakteriyaların səbəb olduğu infeksiyalara qarşı təsirli olduğunu deyib:
"Odur ki, antibiotiklər qrip və soyuqdəymə kimi infeksiyalarda deyil, bakteriyaların səbəb olduğunu düşündüyümüz infeksiyalarda həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Antibiotiklər bütün canlı hüceyrələrə zərər verə biləcək ciddi dərmanlardır. Antibiotiklərin lazımsız istifadəsi başda ürək, qaraciyər və böyrəklərə ziyan vura bilər. Antibiotik müqaviməti bakteriyalar antibiotiklərlə qarşılaşdığı zaman meydana gəlir. Hər bir fərdin cəmiyyətdə fərqli xüsusiyyətləri olduğu kimi, istifadə edilən antibiotiklərə qarşı bakteriyaların təbii müqaviməti də fərqlidir. Antibiotiklər ona həssas olan bakteriyaları öldürsə də, anadangəlmə müqavimətli olan bakteriyalar ölmürlər, əksinə həssas bakteriyaların ölümü ilə yaranmış boşluqdan istifadə edərək çoxalmağa davam edirlər. Üstəlik özlərinin antibiotikə qarşı müqavimət göstərən genetik xüsusiyyətlərini başqalarına da bulaşdıraraq onların da müqavimət göstərməsinə səbəb olurlar. Bir müddətdən sonra o bakteriya növü antibiotikə qarşı davamlı olur".
Antibiotiklərin düzgün və rasional istifadəsinin yalnız həkimlərin səyləri ilə mümkün olacağını və bu məsələdən ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edən professor hesab edir ki, antibiotik müqaviməti yaxın gələcəkdə insan sağlamlığı üçün ciddi bir təhlükə yaradacaq:
"Ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. İnsanlar çox sadə infeksiyalardan öləcəklər.
Əl yuma və ümumi gigiyena qaydalarına riayət etməklə, peyvəndlənmə və immun sistemini gücləndirməklə infeksiyanın qarşısını almaq mümkündür, bu halda antibiotik istifadəsinə ehtiyac qalmayacaq". (publika.az)
14:47 / 15 Noyabr 2026
27
14:34 / 15 Noyabr 2026
85
14:25 / 15 Noyabr 2026
74
14:19 / 15 Noyabr 2026
61
14:02 / 15 Noyabr 2026
224
13:27 / 15 Noyabr 2026
202
12:55 / 15 Noyabr 2026
1148
12:36 / 15 Noyabr 2026
308
12:28 / 15 Noyabr 2026
130
12:11 / 15 Noyabr 2026
123
11:52 / 15 Noyabr 2026
184
11:43 / 15 Noyabr 2026
118
11:29 / 15 Noyabr 2026
131
11:20 / 15 Noyabr 2026
119
11:20 / 15 Noyabr 2026
128
11:10 / 15 Noyabr 2026
122
11:07 / 15 Noyabr 2026
730
10:50 / 15 Noyabr 2026
129
10:25 / 15 Noyabr 2026
285
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
122
10:12 / 15 Noyabr 2026
149
09:35 / 15 Noyabr 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.