Qaynar xətt:

(+99450) 247 90 86

İran generalını göndərdi: ABŞ-ın hədəflərini vurmaq üçün Baydeni gözləyirlər

İran generalını göndərdi: ABŞ-ın hədəflərini vurmaq üçün Baydeni gözləyirlər

DÜNYA

952

25.11.2020, 17:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İranlı general, Qüds Xüsusi Təyinatlı Qüvvələrinin komandanı İsmayıl Kaani İraqa göndərilib.
Publika.az xəbər verir ki, o, Co Baydenin ABŞ prezidenti kreslosuna oturana qədər bu ölkənin İraqdakı hədəflərinə zərbə endirməmələrinə dair silahlı qruplaşmalara xəbərdarlıq etmək üçün ezam olunub. “Middle East Eye”ın xəbərinə görə, Kaani hazırkı Prezident Donald Trampın seçkilərdə məğlubiyyətinin əvəzini çıxmaq üçün vəzifəsindən getmədən əvvəl bölgəni açıq münaqişəyə sürükləmək istədiyini bəyan etdiyini bildirib. Buna görə də İran Trampın əlinə bəhanə verməməkdə qətiyyətlidir.
Xəbərdə qeyd olunub ki, Tehran Donald Trampın 20 yanvarda vəzifə müddəti bitməzdən əvvəl İrana hücum təşkil edə biləcəyi ehtimalını diqqətdən kənarda saxlamır.