Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42259
az

Lavrov: “Paşinyanla Qarabağla bağlı humanitar mərkəz məsələsi müzakirə ediləcək”

15:1521 Noyabr, 2020
399
DÜNYA
  • A
Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanitar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. “Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib. O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”. Rusiya XİN başçısı vurğulayıb ki, eyni zamanda iqtisadi əməkdaşlığın aktual məsələləri, energetika sferasındakı əməkdaşlıq da müzakirə ediləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrailin Mexikodakı səfirliyinə hücum edildi
ABŞ-də hərbi təyyarə qəzaya uğradı
Tramp borclarına görə təyyarəsini satıb

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı