Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4188
az

"Bermud üçbucağı"nın əsl sirri ortaya çıxdı

16:2402 Avqust, 2018
1228
DÜNYA
  • A
 Southampton Universitetinin alimləri "Bermud üçbucağı" ilə bağlı daha bir fərziyyə irəli sürüblər.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə bölgədə yüzlərlə gəmi və təyyarənin yox olmasına səbəb Atlantik okeanının həmin hissəsində 3 müxtəlif fırtınanın eyni anda toqquşaraq yaratdığı nəhəng dalğalardır.

Tədqiqatçı Dr. Simon Boksall şimal və cənubdan gələn fırtınaya Floridadan gələn fırtına da qoşulduğu zaman həmin ərazidə ölümcül dalğaların yarandığını söyləyib.
 
"Hündürlüyü 30 metrə qədər çatan dalğalar "Bermud üçbucağı"nın lənətinin əsas səbəbidir", - deyə o, bildirib.

Boksall və komandası 100 il öncə "Bermud üçbucağı"nda yoxa çıxan "USS Cyclop" gəmisini əsas götürərək, onun ətrafında dalğa simulyasiyaları yaradıblar.

Qeyd edək ki, ABŞ donanmasına aid olan "USS Cyclops" gəmisi 1918-ci ildə "Bermud üçbucağı"nda itib. Gəmidə həmin zaman 309 nəfər şəxsi heyət olub. Hadisədən sonra uzun zaman axtarışlar aparılsa da gəmiyə aid heç bir izə rast gəlinməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar
Evə girən ayı görün harada yatdı
Qadın ərini pişiyə görə məhkəməyə verdiö

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU