Rusiyanın Pskov vilayətinin məktəblərindən birində keçirilən təntənəli toplantı zamanı 13 məktəbli huşunu itirib.
REN TV-nin məlumatına görə, bu barədə bölgə rəhbərliyinin mətbuat xidməti “Telegram” kanalında xəbər yayıb.
Bildirilir ki, bütün uşaqlar xəstəxanaya aparılıblar. Həkimlər onlardan üçünün vəziyyətini ağır kimi qiymətləndirir. Həmin uşaqlar fərqli sinifdən və fərqli yaş qrupundan olan məktəblilərdir.
Hadisənin səbəbini müəyyənləşdirmək üçün testlər götürülüb. Yoxlamalara başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR