Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39699
az

Ərdoğan NATO rəhbəri ilə Dağlıq Qarabağı müzakirə etdi

08:4906 Oktyabr, 2020
401
DÜNYA
  • A

"Türkiyənin NATO üzrə müttəfiqləri güclü həmrəylik nümayiş etdirməlidir".

“Oxu24.com” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ankarada NATO baş katibi Yens Stoltenberqlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Məlumata görə, tərəflər regional problemləri - Şərqi Aralıq Dənizində, Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti şərh edib. Dövlət başçısı xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qətnamələri Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini dərhal, ilkin şərtsiz və tamamilə tərk etməyə çağırır.

Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və yunan hərbçiləri arasında toqquşma hadisələri riskinin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini də açıqlayıb.

Türkiyə lideri bəzi NATO üzvlərinin PKK/PYD/YPG terrorçuları ilə iş birliyinin və FETÖ terror təşkilatına himayədarlıq etmələrinin alyans daxilindəki müttəfiqlik həmrəyliyinə zərər vurduğunu söyləyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə bütün regionun və Avropanın təhlükəsizliyinə görə miqrasiya böhranı ilə təkbaşına mübarizə aparır.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə NATO-nun qətiyyətli mövqe tutan və Liviyada güc balansının bərpası prosesində kömək edən yeganə üzvüdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı