Qaynar xətt:

(+99450) 247 90 86

Bu qadağalar YENİDƏN QÜVVƏYƏ MİNDİ

Bu qadağalar YENİDƏN QÜVVƏYƏ MİNDİ

DÜNYA

708

25.08.2020, 23:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin 14 əyalətində koronavirusa yoluxma sayında artım səbəbindən sabahdan etibarən yenidən məhdudiyyətlər tətbiq olunacaq.

Oxu24.com.Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq keçirilməyəcək.

Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır.

Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunmalıdır.