Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya bu şəxsləri Azərbaycana təhvil verdi - ADLAR

Rusiya bu şəxsləri Azərbaycana təhvil verdi - ADLAR

DÜNYA

751

24.07.2020, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin istəyi əsasında Azərbaycan ərazisində cinayət törətməkdə təqsirləndirilənləri cinayət təqibi üçün təhvil verib.

Rusiya Federasiyası Baş Prokurorluğundan  verilən məlumata görə, 3 nəfər xüsusi kanvoyun müşayiəti ilə Azərbaycan tərəfinə təhvil verilib.

Belə ki, Şirxan Abdullayev 2015-ci ilin mart ayında Gəncə şəhərində baş verən dava zamanı zərərçəkmişi bıçaqlamaqda, ona ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Elvin Cəfərov 2017-ci ilin martında Bakıda sifarişlə hərəkət etməklə, təhdid və zorakılıqlardan istifadə edərək bir nəfəri oğurlamaqda ittiham olunur.

Fuad Abbasov isə 2019-cu ilin iyun ayında Bakıda olarkən mübahisə zəminində tanışına ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Müttəhimlər cinayətləri törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçıblar və onlar beynəlxalq axtarışa verilib.