ŞOK! ABŞ indi də onu ölkəsindən "götürməyə" HAZIRLAŞIR
16 May 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
560
24.07.2020, 11:56
Azərbaycan Xarici İşlər Nazirrliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.
Oxu24.com-un məlumatına görə, L. Abdullayeva N.Paşinyan tərəfindən bu ilin 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlərin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbə olduğunu deyib.
“Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz. Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.
N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir”, - deyə L.Abdullayeva bildirib.
XİN rəsmisi qeyd edib ki, Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər: “Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər. Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.
Münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlığından başqa bir şey deyil.
Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.
Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür”.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.