Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Ermənistan arasında vəziyyətə dair BMT Katibliyində məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Ermənistan arasında vəziyyətə dair BMT Katibliyində məsləhətləşmələr keçiriləcək

DÜNYA

673

23.07.2020, 21:08

“Atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik hələ də qalır. Eskalasiyanın qarşısını bundan sonra da almaq üçün biz ATƏT-in Minsk Qrupu çərçivəsində ölkə kimi konkret addımlar atırıq. Biz həm həmsədr, həm də sərbəst ölkə kimi iş görürük”.

Oxu24.com -un  verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Ötən həftə münaqişə zonasındakı vəziyyətə Minsk Qrupunun iclasında, daha sonra ATƏT-in Daimi Şurasının iclasında təşkilatın bütün ölkələrin iştirakı ilə baxılıb.

Həmsədrlər tərəflərlə daim təmasdadır. Vəziyyətlə bağlı BMT Katibliyində məsləhətləşmələr keçiriləcək", - deyə Rusiya XİN rəsmisi “ATƏT-in Minsk Qrupunun geniş tərkibdə bütün üzv ölkələrin iştirakı ilə sammitinin keçirilməsi təşəbbüsünə necə baxırsınız” sualına cavabında bildirib.