Qaynar xətt:

(+99450) 247 90 86

Havada GƏRGİN ANLAR: ABŞ və Rusiya qarşı-qarşıya

Havada GƏRGİN ANLAR: ABŞ və Rusiya qarşı-qarşıya

DÜNYA

872

10.06.2020, 16:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Alyaska ştatının hava məkanı yaxınlığında Rusiyaya aid qırıcıların qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, 4 ədəd “Tu-95MC” strateji raket təyyarəsi Çukot, Berinq və Oxot dənizinin beynəlxalq suları üzərində patrul uçuşları həyata keçirib. ABŞ Hərbi Hava Qüvvələrinə aid F-22 təyyarələri isə onların qarşısını kəsib.

11 saat davam edən uçuşların beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirildiyi, başqa dövlətlərin hava məkanının pozulmadığı qeyd edilib.