Makron Hörmüz boğazı ilə bağlı planlarını açıqladı
11 May 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1222
29.05.2020, 11:13
Canlı yayımda koronavirusun hazırki durumunu dəyərləndirən Türkiyənin elmi komitəsinin üzvü Professor Dr. Tevfik Özlü sevindirici xəbər verib.
KONKET.az Sondakika-ya istinadən xəbər verir ki, Tevfik Özlü bir televiziya kanalında Səhiyyə Naziri Fəxrəddin Qoca tərəfindən son açıqlanan yoluxanların sayı və 1 iyunda götürüləcək qadağaları dəyərləndirib.
Özlü yoluxma sayında olan azalmaya baxıldığı zaman hazırki koronavirusun yayılmağa başladığı ilk vaxtlardakı koronavirusdan daha az xəstələndirmək gücündə olduğunu deyib:
“Amma bu bizdə arxayınlığa səbəb olmamalıdır. Virusdan tam yaxa qurtarmaq üçün əlimizdən gələni etməliyik. Hazırki durum bizə bunu göstərir ki, virüs qalır. Heç bir yerə getməyib. Vəziyyət düzəlməyib, təhlükə sovuşmayıb. Virus məqam gözləyir. Bizi xəstələndirmək üçün, öldürmək üçün fürsət gözləyir. Yoxmuş kimi davrana bilmərik. “Təhlükə bitdi, hər şey normala döndü” deyə bilmərik. Əlbəttə sosial həyat yenidən başladı. Amma işimizə geri dönsək də virusa fürsət verməyəcək şəkildə, kontrollu bir şəkildə bunu etmək məcburiyyətindəyik. Xahiş edirəm, işimizin dalınca gedərkən virusun var olduğunu unutmayaq. Özümüzü qoruyaq, yenə tədbirimizi görək. Maska, sosial məsafə və gigiyena qaydalarına əməl edək. Mümkün olduğu qədər qapalı və insanların sıx olduğu yerlərdən uzaq duraq.
COVİD-19-un bəzi mutasiyalar keçirdiyi ilə bağlı araşdırmalar davam edir. Xəstəxanalardakı xəstə sayına baxdığımız zaman sayının azaldığını, xəstələrin artıq çox yüngül simptomlarla bizə müraciət etdiklərini deyə bilərəm. Bütün bunlar virusun xəstəlik törətmə potensiyalının azaldığını düşünməyimizə səbəb olur. Koronavirus hazırda bir mutasiyada ola bilər. Artıq bu virus ilk gündəki virusla müqayisədə daha az yoluxdurma gücünə malikdir. Amma buna baxmayaraq heç kim səhlənkarlıq etməməlidir, özünü qorumalıdır”.
00:40 / 11 May 2026
21
00:29 / 11 May 2026
111
00:17 / 11 May 2026
146
23:54 / 10 May 2026
155
23:46 / 10 May 2026
127
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
297
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
162
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
89
17:59 / 10 May 2026
176
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.