Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28667
az

SON DƏQİQƏ: Türkiyədə ŞOK İSTEFA - "Məni bağışlayın"

22:4512 Aprel, 2020
1566
DÜNYA
  • A

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa verib. Publika.az xəbər verir ki, bu barədə özü açıqlama verib. O istefa ilə bağlı açıqlamasında qeyd edib:

“Böyük səylə həyata keçirdiyimiz bu prosesdə epidemiyanın qarşısının alınması üçün həftə sonu küçəyə çıxma qadağasının tətbiq olunması məsuliyyəti tamamilə mənə aiddir. Məhdud saatlarda olsa da ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu proseslə uzlaşmadı. Məsuliyyəti üzərimizdə olan bu hadisə belə görüntülərə yol açmamalı idi. Heç bir zaman zərər vermək istəmədiyimiz əziz millətimiz və həyatımın sonuna qədər sadiq olacağım cənab prezident məni bağışlasın. Qürurla icra etdiyim Daxili İşlər naziri postundan ayrılıram”.

Qeyd edək ki, ötən gün komendant saatı elan olunduqdan sonra insanlar mağazalara axın etmiş bu da birmənalı qarşılanmamışdı.

Əlavə edək ki, Süleyman Soylunun istefasının prezident tərəfindən qəbul olunub-olunmadığı məlum deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI
Şolz:

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş