Azubuike adlı nigeriyalı milyonçu atasını tabut əvəzinə bahalı avtomobildə dəfn edib. Bu barədə The Daily Mail məlumat verir.
Bunun üçün varlı oğul yerli avtosalonların birindən 66 min funt sterlinqə yeni BMW alıb. Azubuike bildirib ki, sağlığında atasına qəşəng bir avtomobil almağı vəd etsə də bunu etməyə vaxt qalmayıb. O da atasının ruhunu bu yolla şad etmək istəyib.
Sosial şəbəkələrdə virus sürəti ilə yayılan bu fotoya izləyicilərdən müxtəlif reaksiyalar gəlib.
Oxu24.com
ŞƏRHLƏR