Dünya şöhrətli reklam və PR şirkəti "WPP"nin baş icraçı direktoru Martin Sorrell fahişəxanada yaxalanıb.
Oxu24.com xəbər verir ki, 2 şirkət işçisi tərəfindən "Mayfair" adlı fahişəxanaya girdiyi görülən Sorrellin fahişələr üçün 300 funt-sterlinq ödənişi şirkətin hesabından etdiyi iddia olunur. O, bu addımı dəfələrlə təkrarlayıb.
Qeyd edək ki, 2008-ci ildən bəri Kristina Sorrell ilə evli olan Martin Sorrellin 73 milyon dollar sərvəti var.
Bu iddialar direktor tərəfindən təkzib edilib. Ötən ay Sorrell barədə oxşar iddialar yayılmış, şirkət pulunu fahişələrə xərclədiyi deyilmişdi.
Oxu24.com
ŞƏRHLƏR