Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2750
az

Qaranquş yuvasına görə evin sökülməsi dayandırılıb

22:1309 İyun, 2018
1928
DÜNYA
  • A
Cinin şərqindəki Çjetszyan vilayətində köhnə evi sökməyə hazırlaşan mühəndislər evdə qaranquş yuvası aşkar olunduqdan sonra işləri təxirə salıblar.
Bu barədə People Daily nəşri xəbər verir.

Geoloji baxımdan təhlükəli bölgədə yerləşən evi sökməyə gələn mühəndislər civilti eşidəndən sonra 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər.

Onların müraciət etdiyi ekologiya şöbəsi quşlara toxunmamağı tövsiyə edib.

Beləki, qaranquşlar balalarına hopan insan qoxusuna görə onlardan imtina edə bilər.

Söküntü işləri quşlar yuvanı tərk edəndən sonra bərpa olunmalıdır.

Çində yeni salınmış məhəllələrdə yeni binalarla əhatə olunan köhnə evlərə rast gəlmək olar ki, onların sahibləri vaxtilə evdən çıxmağa razılaşmayıblar.

Lakin belə görünür, indiyədək quş yuvasına görə evin sökülməsinin dayandırılması halları qeydə alınmamışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi