Qaynar xətt:

(+99450) 247 90 86

ÜST: “Hazırda virus isti ölkələrdə də yayılıb”

ÜST: “Hazırda virus isti ölkələrdə də yayılıb”

DÜNYA

944

10.03.2020, 18:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı havaların istiləşməsi ilə bağlı koronavirusun yayılmasının azalması məsələsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, H.Harmancı bildirib ki, hazırda bu sualın cavabı bilinmir.

 

O qeyd edib ki, yaz aylarında koronavirusun azalacağına ümid edir:

“Bu, yeni virusdur, necə davranacağını bilmirik. Ona görə də  gözləyib görmək lazımdır. Hazırda isti ölkələrdə də koronavirus yayılıb.

Ona görə insan əmin ola bilmir ki, havalar qızdıqca virus yox olacaq, ya yox. Bu sualın cavabını hələlik bilmirik. Əmin deyilik”.