Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib
20 Noyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
663
10.03.2020, 15:20
“Ermənistan ordusunda qeyri-döyüş şəraitində artan əsgər ölümlərinin, intiharların, bədbəxt hadisələrin, ümumiyyətlə, ölüm hallarının əsas səbəbi düşmən ordusunda mənəvi dəyərlərin yoxluğudur”.
Bunu “Report”a açıqlamasında ordu.az hərbi-analitik saytının Baş redaktoru Şahin Qocayev deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələrində kütləvi hal alan kriminal hadisələr orduda zabit-əsgər münasibətləri zəncirinin doğru şəkildə qurulmamasından irəli gəlir: “Bu, ilk növbədə əsgərdən tutmuş generala kimi bütün hərbi qulluqçular arasında doğru münasibətlərin qurulmamasının nəticəsidir. “Dedovşina” (mənfi liderlik), intizamsızlıq hallarının tək səbəbi orduda xidmət edən əsgərlərdə yox, zabitlərdədir. Əsgərlərin intizamsızlıq etməsinə zabitlər şərait yaradır. Bu da orduda pərakəndəliyə gətirib çıxarır ki, nəticədə ölüm faktları artır”.
Ş.Qocayev 2010-2019-cu illərdə Ermənistan ordusunda ölən hərbi qulluqçuların statistikasını da açıqlayıb. Onun sözlərinə görə, düşmən 9 ildə 597 əsgər itirib: “2010-2015-ci illərdə düşmən ordusunda 67 nəfər bədbəxt hadisə, 106 nəfər təxribata cəhd, 48 nəfər intihar, 43 nəfər qəsdən adamöldürmə nəticəsində ölüb. Bu, ümumilikdə 5 ildə 264 nəfərin ölməsi deməkdir ki, bu da təxminən düşmən ordusu miqyasında 2 bölük və 2 taborun itirilməsi anlamına gəlir. 2016-cı ildə Aprel döyüşlərində yüzlərlə düşmən əsgərinin məhv edilməsi ilə yanaşı, 162 nəfər müxtəlif hadisələr – intizamsızlıq, təxribata cəhd, qəza və s. – nəticəsində ölüb. Müvafiq olaraq, bu say 2017-ci ildə 59, 2018-ci ildə 63 nəfər, 2019-cu ildə isə ən azı 49 nəfər təşkil edib”.
11:43 / 20 Noyabr 2026
56
11:42 / 20 Noyabr 2026
119
11:36 / 20 Noyabr 2026
56
11:20 / 20 Noyabr 2026
86
11:05 / 20 Noyabr 2026
67
11:03 / 20 Noyabr 2026
87
11:01 / 20 Noyabr 2026
82
10:49 / 20 Noyabr 2026
116
10:40 / 20 Noyabr 2026
87
10:20 / 20 Noyabr 2026
97
10:20 / 20 Noyabr 2026
90
10:16 / 20 Noyabr 2026
103
10:10 / 20 Noyabr 2026
143
10:10 / 20 Noyabr 2026
93
10:03 / 20 Noyabr 2026
332
10:00 / 20 Noyabr 2026
155
10:00 / 20 Noyabr 2026
127
09:51 / 20 Noyabr 2026
104
09:46 / 20 Noyabr 2026
108
09:41 / 20 Noyabr 2026
114
09:34 / 20 Noyabr 2026
131
09:31 / 20 Noyabr 2026
929
09:26 / 20 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.