Rusiya bu sayda Ukrayna PUA-sı vurdu
26 Oktyabr 2026, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
583
07.03.2020, 12:33
İranda koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə giriş qadağan edilib.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, Yəzd, Gilan, Fars, Qəzvin, Zəncan, Ərdəbil, Kerman, İsfahan, Gülüstan, Semnan, Lorestan, Mazandaran, Kermanşah, Xorasan Rəzəvi, Kohgiluyə və Boyer-Əhməd, Sistan və Bəluçistan əyalətlərinə səyahətlər ikinci əmrədək yasaqlanıb.
Buşehr əyalətinin Bəndər Genave, Şərqi Azərbaycan əyalətindəki Ares azad ticarət zonası və Qərbi Azərbaycan əyalətindəki Maku azad ticarət zonasına da girişlərin qadağan edildiyi bildirilib.
Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 243-ə çatıb. Bunların 57 631 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.