Qaynar xətt:

(+99450) 247 90 86

Şir və pələnglər zooparkdan qaçdı – Şəhər panikada

DÜNYA

1154

01.06.2018, 17:43

\"\" lmaniyanın Reynland-Pfalts federal əyalətində yerləşən zooparkdan yırtıcı heyvanlar qaçıb. OXU24.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə Lünebax şəhərinin zooparkında baş verib. İki şir, yaquar, iki pələng və ayı qaçıb. Ümumilikdə, zooparkda 400 heyvan saxlanılırdı. ARD kanalının məlumatına görə, qaçmış ayı axtarış komandası tərəfindən öldürülüb. Qalan heyvanların axtarışı davam edir. Heyvanlar əyalətdə baş verən güclü qasırğadan sonra qaça bilmişdi. Qasırğa zooparkın hasarlarını dağıdıb. Yerli sakinlərə qapı və pəncərələri bağlamaq, küçəyə çıxmamaq məsləhət görülüb.