Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyalı jurnalist güllələnib

2018-05/1527622878_ukrayna-00-0-0-0.jpg

DÜNYA

1516

29.05.2018, 23:41

\"\" Kiyev şəhərində rusiyalı jurnalist Arkadiy Babçenko güllələnib.
Oxu24.com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb. Yerli jurnalist Ayder Mujdabayev öz “Facebook” səhifəsində Babçenkonun öz evində bel nayihəsindən güllələndiyini və onun xəstəxanaya aparıldığını bildirib. “Qromadske” radiosunun müxbiri İrina Romaliyski isə jurnalistin aldığı güllə yarasından öldüyünü açıqlayıb. Onun sözlərinə görə, informasiyanı Ukrayna DİN rəhbərinin müşaviri Qeraşenko da təsdiqləyib. Silahlı hücum Kiyevin Dneprov rayonunda baş verib. Kimliyi açıqlanmayan qadın polisin qaynar xəttinə zəng vuraraq, Babçenkonu qan içində aşkarladığını bildirib. Babçenko təcili tibbi yardım maşını ilə xəstəxanaya daşınan zaman yolda keçinib. Cinayətin təfərrüatı və motivləri barədə məlumat verilmir.