Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23246
az

Qəddafinin viran qalan sarayı tanınmaz hala düşdü - FOTO

04:1024 Yanvar, 2020
888
  • A

Liviya əhalisinin yarısından çoxunun məskunlaşdığı paytaxt Tripoli ətrafındakı döyüşlər on minlərlə insanı evlərindən məhrum edib. Zənginlər Tripolinin mərkəzi hissəsinə köçüb. Yarımçıq tikililərə və hətta Qəddafinin viran qalmış nəhəng sarayının binalarına sığınanların da sayı az deyil.

Bu barədə “Hürriyyet” nəşri yazıb.

2011-ci ildə öldürülən Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin illərlə yaşadığı paytaxt Tripolidəki “Bal-ül Əziziyyə” sarayının ərazisindəki dağılmış binalar indi evsiz-eşiksiz insanları qonaq edir. Tripoli sakinlərinin “əvvəllər buradan keçərkən başımızı qaldırmağa qorxurduq” deyə bəhs etdiyi saray Qəddafinin devrilməsindən sonra dağılsa da, kompleksin ətrafındakı bir çox bina hələ də varlığını qoruyub saxlayır. Dağılmamış binaların bir qismində Liviyadakı xaos dövründə evsiz qalan insanlar yaşayır. Kompleksin içi yararsız hala düşmüş avtomobillər, təkərlər və zibillə dolub-daşır.

Tripoli əhalisinin bir qismi nəhəng kompleksin içində silahlı şəxslərin olmasına dair şayiələrdən qorxaraq kompleksə girməyə cəsarət edə bilmir və saraya getmək istəyənlərə də məhz bu tövsiyə olunur. Halbuki bu sarayın yağmalanması və dağılması o dövrdə “Liviyada tiranlığın sonu” kimi qiymətləndirilmişdi.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dağıstanda  naməlum pilotsuz təyyarə görüntülənib
ABŞ islahatların aparılmasında Ermənistana kömək edəcək
Əhmədinejad estetik əməliyyat etdirdi

Marsda donmuş su aşkar edildi-FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Messiyə Muğam həsr olundu (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Narkoloji Mərkəzin həbsdə olan sabiq direktorundan XƏBƏR VAR