Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib
11 Aprel 2026, 10:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1064
24.12.2019, 16:05
Afinada Aralıq dənizində yeni müharibə ssenariləri üzərində hazırlıq aparılır.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.
Məqalədə deyilir ki, Yunanıstan və müttəfiqləri Aralıq dənizinin şərqində gərginliyi sistemli şəkildə yüksəldir.
Türkiyənin Liviya ilə anlaşma imzalaması və Aralıq dənizində güc balansını öz xeyrinə dəyişdirməsindən sonra Yunanıstan Ankaraya qarşı cəbhə formalaşdırmaq istiqamətində hərəkətə keçib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias ötən həftənin əvvəlində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi, həftə sonu isə Misirdə idi. Bu səfər marşrutunun Liviyada tamamlanması diqqət çəkdi.
Dendias Liviyaya səfəri zamanı BMT-nin tanımadığı general Xaftarın dəstəsinin üzvləri ilə - Abdullah əs-Sinni və Abdulhadi əl-Haviclə, daha sonra Xaftarın özü ilə görüşdü. Görüşdə Liviyanın BMT tərəfindən tanın Milli Barışıq Hökumətinin (MBH) Türkiyə ilə Aralıq dənizində sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşması müzakirə olunub, Xaftarın bunu tanımadığı qeyd edilib.
Yunan nazirin Liviya, Misir, cənubi Kipr, BƏƏ və Səudiyyə Ərbistanına səfərləri ilə bağlı yerli medianın iddiası xüsusi diqqət çəkir. Xaftara yaxın media orqanlarında Yunanıstan və Misir donanmalarının “Livanın sahil xəttini qorumaq” adı altında ortaq hərbi güc yaratmaq istədiklərini yazıb. Bu ittifaqın qurulması Türkiyənin Liviya Milli Barışıq Hökumətinə silah və hərbi yardımın qarşısını almağa hesablanıb.
Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopoulos da eyni mesajlar verib.
“Bu, o qədər də bəsit olmayacaq. Türkiyə bu addımına görə bir çox ölkəni qarşısında görəcək”, - Nikos Türkiyənin Liviyaya hərbi yardım etməsi ilə bağlı qərarını şərh edərkən deyib.
Aralıq dənizində gərginliyi artıracaq digər səbəb İsrail qazının Türkiyədən yan keçərək, Avropaya çıxarılmasını təmin edəcək “EastMed” boru xəttidir. Yunanıstan, cənubi Kipr və İsrailin bu boru xətti ilə bağlı son anlaşmanı 2020-ci ilin 2 yanvar tarixində imzalayacağı gözlənilir. Afinada keçiriləcəyi gözlənilən imzalanma mərasiminə Yunanıstanın baş naziri Kiryaos Miçotakis, Cənubi Kiprin lideri Nikos Anastasiades və İsrailin baş naziri Binyamin Netanyahunun qatılacağı deyilir.
Həmçinin oxuyun
İmzalanacaq anlaşmaya görə, İsrailin Levant hövzəsindəki təbii qaz rezervlərini daşıyacaq “EastMed” boru kəməri Aralıq dənizindən keçərək, Girit adası və Yunanıstana, oradan da İstaliyaya qədər uzanacaq. Boru xəttinin tranziti Türkiyənin planlaşdırdığı xətt üzərindən keçir.
Bütün bunların fonunda Liviyadakı qarşıdurmada Rusiyanın Xaftara verdiyi dəstəyi artırması diqqət çəkir. Liviya Milli Barışıq Hökumətinin daxili işlər naziri Fethi Başağa Xaftarın dəstəsinə Rusiyanın muzdlu əsgərlərinin liderlik etdiyini açıqlayıb.
ABŞ mediasına danışan Başağa bildirib ki, Rusiya Xaftara dəstək olaraq, Milli Barışıq Hökumətinə 2 min 500 top atəşi atıb. Bununla yanaşı, ruslar MBH-nin dronlarının qarşısını almaq üçün Xaftara müasir texnologiyalar verib.
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debkafile” saytı isə Misirin prezidenti Sisi tərəfindən Xaftara dəstək olaraq göndərdiyi tankların Liviyaya çatdığını yazıb. Məlumata görə, T-72 tankları və digər zirehli texnika dekabrın 19-da Xaftara verilib.
Bir tərəfdən Türkiyəyə qarşı cəbhə yaratmağa çalışan Yunanıstanın digər tərəfdən müharibə ssenariləri üzərində hazırlıq apardığı haqda məlumatlar var.
Yunanıstanın “Kathimerini” media orqanı dövlət rəsmilərinə istinadən yazıb ki, hökumət 4 müxtəlif ssenari üzərində plan hazırlayıb.
Birinci ssenari: Türkiyənin Livyanın Giritin cənubuna yaxın bölgəsinə araşdırması gəmisi göndərməsi;
İkinci ssenari: Türkiyənin döyüş gəmilərinin müşahidə etmədiyi araşdırma gəmisini Yunanıstan sularına göndərməsi;
Üçüncü ssenari: Yunanıstan sularına hərbi donanmanın nəzarətindəki araşdırmaq gəmisi göndərməsi;
Dördüncü ssenari: Türkiyənin hərbi donanma və döyüş təyyarələrinin müşahidə etdiyi araşdırması gəmisi göndərməsi;
İddialara görə, Yunanıstan ordusu bu 4 ssenariyə qarşı ayrı-ayrılıqda plan hazırlayır.
16:09 / 11 Aprel 2026
545
16:05 / 11 Aprel 2026
189
16:00 / 11 Aprel 2026
126
13:04 / 11 Aprel 2026
139
12:43 / 11 Aprel 2026
2162
10:58 / 11 Aprel 2026
92
10:57 / 11 Aprel 2026
91
10:26 / 11 Aprel 2026
82
10:25 / 11 Aprel 2026
111
10:23 / 11 Aprel 2026
85
00:32 / 11 Aprel 2026
267
00:13 / 11 Aprel 2026
191
23:52 / 10 Aprel 2026
269
23:38 / 10 Aprel 2026
147
23:19 / 10 Aprel 2026
152
23:05 / 10 Aprel 2026
238
22:51 / 10 Aprel 2026
337
22:45 / 10 Aprel 2026
238
22:11 / 10 Aprel 2026
150
22:07 / 10 Aprel 2026
313
21:48 / 10 Aprel 2026
221
21:29 / 10 Aprel 2026
837
21:19 / 10 Aprel 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.