ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir
11 Aprel 2026, 00:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
776
22.12.2019, 17:14
Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, o vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir.
"World of Buzz" milyonçunun həyatı haqqında məlumat yayıb.
Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir.
Uşaq özünü dərk edəndən sonra onu övladlığa götürmüş valideynləri əsl həqiqəti açıqlayırlar. Freddi həqiqəti bildiyi vaxtı belə xatırlayır:
Həmçinin oxuyun
"Bir az böyüyəndən sonra valideynlərim mənə hər şeyi danışdılar. Düzünü deyim ki, mən buna görə çox narahat olur və utanırdım".
Freddinin 9 yaşı olanda atası ona işlənmiş kompüter alır. Məqsədi uşağın başını qatmaq və narahat edən problemlərdən uzaqlaşdırmaq olur. Lakin elə bu hədiyyə ilə uşaq başa düşür ki, gələcəyi texnologiyalarla bağlı olacaq.
13 yaşına kompüter təmirinə başlayan Freddi artıq 15 yaşında özünün kompüterlərin təmiri ilə məşğul olan şirkətini qurub.
Çox keçmir ki, yeniyetmə GPS-treker ixtira edir. Ayaqqabıya yerləşdirilən bu qurğunu Freddi valideynlərini izləmək üçün istifadə edir. Lakin bu cihaza böyük tələbat yaranır və Freddi buna görə, 2,2 milyon dollar qazanır.
Hazırda zibillikdən tapılan körpə "Figgers Wireless" adlı şirkətin sahibidir. Onun varidatı 62 milyon dollardan artıqdır.
10:26 / 11 Aprel 2026
1
10:25 / 11 Aprel 2026
6
10:23 / 11 Aprel 2026
9
00:32 / 11 Aprel 2026
217
00:13 / 11 Aprel 2026
125
23:52 / 10 Aprel 2026
221
23:38 / 10 Aprel 2026
107
23:19 / 10 Aprel 2026
109
23:05 / 10 Aprel 2026
163
22:51 / 10 Aprel 2026
254
22:45 / 10 Aprel 2026
176
22:11 / 10 Aprel 2026
126
22:07 / 10 Aprel 2026
243
21:48 / 10 Aprel 2026
183
21:29 / 10 Aprel 2026
595
21:19 / 10 Aprel 2026
192
20:55 / 10 Aprel 2026
267
20:53 / 10 Aprel 2026
150
20:47 / 10 Aprel 2026
740
20:45 / 10 Aprel 2026
137
20:36 / 10 Aprel 2026
498
20:29 / 10 Aprel 2026
395
20:18 / 10 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.