Yadplanetlilər 2026-cı ildə Yerə enəcək?
24 Yanvar 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
727
16.12.2019, 14:39
İsraillə Türkiyə arasında Aralıq dənizinin şərqində, Kipr sahillərində neft-qaz kəşfiyyatına görə ciddi hərbi gərginlik yaranıb.
Ötən gün Türkiyə hərbi donanmasının regionda manevrlər edən gəmiləri İsrailin neft-qaz kəşfiyyatı gəmisini sıxışdıraraq bölgədən uzaqlaşdırıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələrinin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində alçaqdan uçuşlar həyata keçirib. Qırıcının radiolokasiya sistemlərinə qarşı nəzərdə tutulmuş “Delilah” raketləri ilə silahlandığı xəbər verilir.
“İsrailin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində Aralıq dənizinin şərqində uçuşlar keçirib. Onlar belə görünür ki, real döyüş əməliyyatları zamanı “Delilah” qanadlı raketlərinin tətbiqi ilə zərbələrin endirilməsini məşq edir”,-bloqer Babak Taqvay bildirir.
Həmçinin oxuyun
Açıq mənbələrdən əldə edilən məlumatlara görə bir neçə saat əvvəl həqiqətən “Yavuz” gəmisinin yerləşdiyi regionda İsrail aviasiyasının uçuşları qeydə alınıb. Və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi də region üzərində görünüb. Ehtimal edilir ki, həmin təyyarə Türkiyənin o cümlədən gəmilərdə yerləşdirilmiş hava və raket hücumundan müdafiə sistemlərinin işini izləyirdi.
Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı ilə bağlı Türkiyə ilə yunan Kipri, o cümlədən Yunanıstan arasında neçə vaxtdır gərginlik qalmaqdadır. Bu məsələdə İsrail Kipri dəstəkləyir və həmin ölkəyə hərbi dəstək verir. Bir müddət əvvəl İsrail Kiprə pilotsuz kəşfiyyat təyyarələri verib. Türkiyə KİV-ləri xəbər verir ki, Ankara buna cavab olaraq özünün pilotsuz kəşfiyyat və zərbə pilotsuz döyüş aparatlarını Şimali Kiprə göndərib.
Ötən gün Türkiyə pilotsuz təyyarələrini daşıyan TIR-lar Şimali Kiprə daxil olub və Geçitkalə hərbi aerodromuna yerləşdirilib. Pilotsuz təyyarələr Aralıq dənizinin şərqində neft-qaz yataqlarının kəşfiyyatını aparan Türkiyə gəmilərinə havadan dəstək verəcək.(virtualaz.org)
01:29 / 24 Yanvar 2026
165
00:32 / 24 Yanvar 2026
168
00:27 / 24 Yanvar 2026
2914
00:25 / 24 Yanvar 2026
137
00:16 / 24 Yanvar 2026
129
23:53 / 23 Yanvar 2026
1377
23:42 / 23 Yanvar 2026
99
23:36 / 23 Yanvar 2026
83
23:15 / 23 Yanvar 2026
160
23:07 / 23 Yanvar 2026
1673
22:58 / 23 Yanvar 2026
141
22:43 / 23 Yanvar 2026
131
22:29 / 23 Yanvar 2026
2113
22:21 / 23 Yanvar 2026
242
22:16 / 23 Yanvar 2026
103
21:56 / 23 Yanvar 2026
384
21:53 / 23 Yanvar 2026
129
21:34 / 23 Yanvar 2026
107
21:21 / 23 Yanvar 2026
209
21:19 / 23 Yanvar 2026
114
21:00 / 23 Yanvar 2026
842
20:59 / 23 Yanvar 2026
149
20:54 / 23 Yanvar 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.