ABŞ-nin kəşfiyyat PUA-sı vurulub - SEPAH
21 Noyabr 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
628
14.12.2019, 10:38
İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir.
Türkiyə mediası xəbər verir ki, Etimad İsmayılovu qətlə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.
G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək deyib ki, E.İsmayılovu “məcburən” öldürüb. Çünki ona 4 milyon dollarlıq borc haqda sənədi “zorla imzalatmışdı” və həmin pulları almaq üçün davamlı təhdidlər edirdi.
“Tez-tez mənə zəng vurur, təhdid edirdi. Telefonda mənə Floryadakı evimdən uşaqlarımı, nəvələrimi oğurladacağını deyirdi. Artıq ağlını itirmişdi. Həmin gün ofisə çağırdı. Telefonla kiminləsə danışdı, “harada qaldınız, gəlin bunu götürün” dedi. Etimad 2018-ci ilin martında bir azərbaycanlı iş adamından 5 milyon dollar istədi. Adam pulu tapa bilməyəndə Bursada cipini yandırdı. Mən onun ofisinə gedərkən yolüstü evə baş çəkdim, hədiyyə verilmiş silahımı hər ehtimala qarşı yanımda götürdüm. Ofisə getdim, mənə söydüyü söyüşləri dilə gətirmək mümkün deyil. Ondan şikayət etsəm xeyri olmaaycaqdı, heç kim mənə kömək etməyəcəkdi. Mənə “səni indi Gürpınara aparacaqlar” dedi, sonra azyaşlı qız nəvəmin başına oyun açacaqlarını bildirdi. Digər nəvəm Dəmirin barmaqlarını kəsəcəklərini dedi. Birdən ayağa qalxdı, sağ əlini cibinə atdı. Mən də silahımı aldım. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi”,-Dəmirov ifadəsində deyib.
O, daha sonra Etimadın atasından üzr istəyib: “Atası buradadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan çox üzr istəyirəm. O da Etimadın necə adam olduğunu bilir. İndi çox peşimanam, kaş bu hadisə baş verməməydi. Hadisədən sonra maşına minib sürücümlə Beşiktaşa getdim. Oğluma telefonla baş verənləri danışdım. Qaçmaq istəsəydim yarım saat ərzində İstanbuldan çıxardım, amma ailəm buradadır. Beşiktaşda bir kafedə oturduq. Barışa dedim sən ailəmin yanında ol, mən taksiyə minib təslim olmağa gedəcəyəm. Əgər əvvəlcədən öldürmək planım olsaydı xaricdən adam çağırarıb öldürdərdim...”
İlyas İsmayılov isə ifadəsində təqsirləndirilən şəxsin onun oğlu haqda dediklərinin yalan olduğunu bildirib. “Mən türk ədalətinə inanıram. Oğlum onun danışdıqları kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst adam idi. Öz pulu ilə Somalidə uşaqlar üçün artezianlar qazdırmışdı. İmzaladığı müqavilələrdə yetimxanalarda yardım haqda bənd qoyurdu. Əgər şübhəli məsələni əvvəlcədən mənə desəydi oğlumla danışardım, işi yoluna qoyardım. Mənim bir sözümü iki etməzdi. Səni heç vaxt bağışlamayacam”,-o qatilə üz tutaraq deyib.
Məhkəmə Gözəl Dəmirovun məhkəmə istintaqı müddətində sərbst buraxılması haqda vəsadəti təmin etməyib, Barış Aslanın isə barəsində başqa yerə getməmək haqda iltizam alınıb. Proses davam edir.
Xatırladaq ki, bu cinayət 2018-ci ilin sentyabrında İstanbulun Florya məhəlləsində baş verib.(virtualaz.org)
20:33 / 21 Noyabr 2026
1
20:09 / 21 Noyabr 2026
336
19:14 / 21 Noyabr 2026
457
19:12 / 21 Noyabr 2026
90
18:41 / 21 Noyabr 2026
111
18:29 / 21 Noyabr 2026
106
18:19 / 21 Noyabr 2026
116
18:18 / 21 Noyabr 2026
124
17:54 / 21 Noyabr 2026
209
17:43 / 21 Noyabr 2026
1974
17:30 / 21 Noyabr 2026
151
17:17 / 21 Noyabr 2026
122
17:16 / 21 Noyabr 2026
159
17:08 / 21 Noyabr 2026
158
16:45 / 21 Noyabr 2026
124
16:39 / 21 Noyabr 2026
150
16:26 / 21 Noyabr 2026
299
16:20 / 21 Noyabr 2026
149
16:05 / 21 Noyabr 2026
130
16:00 / 21 Noyabr 2026
179
15:49 / 21 Noyabr 2026
177
15:48 / 21 Noyabr 2026
127
15:36 / 21 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.