Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19175
az

Qorxunc varlıq geri dönür: 1936-cı ildə nəslinin tükəndiyi deyilmişdi…

22:1818 Oktyabr, 2019
891
DÜNYA
  • A
 Nəslinin tükəndiyinə inanılan bir heyvanın üzə çıxması ilə bağlı müvafiq qurumlara edilən səkkiz müraciət mütəxəssisləri axtarışa çıxarıb.

Oxu24.com xəbər verir ki, Avstraliyada xətli, kisəli və nəhəng ətyeyən olan Tasmaniya pələnginin son nümayəndəsi 1936-cı ildə öldüyü və bununla da nəslinin tükəndiyi açıqlanmışdı.

Avstraliya hökumətinin yeni yaydığı sənədlərə görə, iki ay əvvəl Tasmaniya pələngi yenidən ölkədə görünməyə başlayıb.

“Kisəli qurd” (“Thylacine”) adı verilən bu növ böyük bir pişik, tülkü və qurd hibridinə oxşayırdı. Sarımtıl dərisi, güclü çənələri və balalarını saxlamaq üçün kisəsi vardı.

Son üç ildə müvafiq qurumlara olan müraciətlərdən birini Tasmaniya adasına gələn cütlük edib. Adaya (Qərbi Avstraliya) səyahətə gələn cütlük burada “kisəli qurd”a rast gəldiyini deyib.

İddiaya görə, heyvan bir neçə dəfə çevrilib avtomobilə baxıb və o 12-15 saniyə gözlə görülə biləcək ərazidə dayanmışdı. Cütlük əmindir ki, gördükləri heyvan nəsli tükənmiş Tasmaniya pələngidir.

Başqa bir müraciətdə isə dumanlıq ərazidə gəzişən qeyri-adi heyvandan bəhs olunur.

“Çöllük ərazidə işləyirəm, hər gün demək olar ki, müxtəlif heyvanla rastlaşıram. Amma Tasmaniyada gördüyümə heç vaxt rast gəlməmişəm”, - hal şahidi bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quduzluq həyəcanı: məhəllə 6 aylıq karantinə alındı - FOTO
Makron Fransanın Fələstini nə vaxt tanıyacağını AÇIQLADI
Şolz:

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş