Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
17267
az

Bu ölkədə hicab qadağası müəllimlərə də şamil olunacaq

20:1128 Avqust, 2019
709
DÜNYA
  • A
Avstriyada parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyalar öz seçki platformalarını təqdim edir, seçki kampaniyası çərçivəsində müxtəlif vədlər verir və hər bir partiya öz elektoratının maraqlarına uyğun bəyanatlar səsləndirir.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Avstriya Xalq Partiyası (ÖVP) yeni təkliflə çıxış edib. Adətən sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) siyasi kursunu əks etdirən mövzulardan birinə müraciət edən mühafizəkarlar təhsil müəssisələrində hicab qadağasının müəllimlərə də şamil olunmasını tələb ediblər.

Qeyd edilməlidir ki, bu iki partiyanın birgə hakimiyyəti dövründə (firuzəyi-mavi koalisiya) uşaq bağçaları və orta məktəblərdə hicab qadağası rəsmiləşdirilib. FPÖ isə bu məsələdə bir addım daha irəli gedərək qadağanın aid olduğu çevrəni genişləndirməyə (yuxarı sinif şagirdləri, müəllimlər və ali təhsil ocaqları) çalışırdı. İndi ÖVP də özünün seçki proqramında Azadlıq Partiyasının bu tələbini əks etdirir.

ÖVP nümayəndələrinin sözlərinə görə, hicab şagirdlərə siyasi təsir göstərə biləcək nümayişkaranə bir simvoldur. Çünki müəllimələr hicab bağladıqları zaman "dolayısı ilə dövlətin neytrallığını sual altına alır və qadının Qərb cəmiyyətində malik olduğu statusun mövcud olmadığı fərqli bir sosial sistemi təbliğ edirlər". Orta məktəb şagirdləri üçün də bu qadağa tətbiq edilməlidir, çünki qızlar ancaq 14 yaşında dini həddi-buluğa çatmış hesab olunur və özləri sərbəst qərar verə bilirlər.

Bundan əlavə, ÖVP İslam dini haqqında dərsliklərin məzmununu da yoxlamaq istəyir. Qeyd edək ki, hazırda dərs materialları dövlət nəzarətində deyil. ÖVP-nin təbirincə, məktəb din tədrisinə xüsusi nəzarət etməlidir. Din dərsinə girməyən şagirdlər üçün isə təcili olaraq etika dərsləri tətbiq edilməlidir.

Firuzəyi-mavi hökumət hakimiyyətdə olduğu dövrdə (dekabr 2017-may 2019) artıq iki hicab qadağasını qanuniləşdirib: 2018-ci ilin noyabrında uşaq bağçaları üçün, 2019-cu ilin may ayında isə ibtidai məktəblər üçün belə bir qanun qəbul edilib. Lakin qanun yəhudi təsəyi və siqh çalmaları qadağan etmədiyi üçün diskriminasiyaya yol verilməsi barədə mətbuatda çoxsaylı xəbərlər yer alıb, cəmiyyətdə etirazlar yaranıb. İnanclı müsəlman ictimaiyyəti yalnız ÖVP ilə FPÖ-nün dəstəklədiyi bu qərarın Konstitusiya Məhkəməsinə çıxarılmalı olduğunu da bəyan edib.

Ekspertlər ÖVP-nin yeni tələbinin seçki prosesində islamofob və antimiqrant elektoratın rəğbətinə hesablandığı qənaətindədirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Revanş döyüşünə hazırlıq: Gündə 7-8 bakal pivə içir
Bayden iki ölkəyə səfər edəcək
Rusiya Ukraynada məğlub ola bilər? -Trampdan KRİTİK XATIRLATMA

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq