Qaynar xətt:

(+99450) 247 90 86

Yerə iki nəhəng asteroid yaxınlaşır

2019-08/1566973343_1072565113.jpg

DÜNYA

644

28.08.2019, 10:21

\"\"  İki nəhəng asteroid sentyabrın 14-də Yerə yaxınlaşacaq.
\"RİA Novosti\" xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata əsasən, 2000QW7 adı verilmiş asteroidlərdən birinin diametri 290-650 metr arasında dəyişir. O, Yerə 5,3 milyon kilometr məsafəyədək yaxınlaşacaq. Həmin gün 2010CO1 asteroidi də Yerə eyni məsafə qədər yaxın olacaq. Onun diametri isə 120-260 metr təşkil edəcək.