Tramp İranla bağlı qərarını verdi
09 Noyabr 2026, 00:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
905
29.09.2026, 15:44
Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər tərəfindən Rusiyadan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə, Azərbaycana, Tacikistana və Özbəkistana nağd rubl çıxarılmasını məhdudlaşdıran fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquqi aktlarının rəsmi portalında dərc olunub.
Fərmana əsasən, fiziki şəxslərə sadalanan ölkələrə 1 milyon rubldan çox məbləğdə nağd rubl çıxarmaq qadağan edilir. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə qadağa məbləğdən asılı olmayaraq qüvvədədir.
Nağd pulun Rusiya ərazisindəki müəyyən beynəlxalq hava limanları vasitəsilə, bank çıxarışları və ya digər təsdiqedici sənədlər təqdim edildiyi halda ölkədən çıxarılmasına istisna nəzərdə tutulub. Bu sənədlərin siyahısını hökumət müəyyən edəcək.
Həmçinin hüquqi şəxslərin beynəlxalq daşımalar çərçivəsində valyutanı Rusiyaya gətirdiklərini təsdiqləmək şərtilə ölkədən çıxarmasına qoyulan məhdudiyyətlər tətbiq edilmir. Bundan əlavə, Rusiya diplomatik və konsulluq nümayəndəliklərinin, eləcə də nümayəndəliklərin fəaliyyətini təmin etmək məqsədilə Rusiya Xarici İşlər Nazirliyinin bildirişi əsasında valyutanın ölkədən çıxarılmasına da icazə verilir.
Qadağanın pozulması halında nağd rubl müsadirə ediləcək: fiziki şəxslərdən 1 milyon rubldan artıq hissə, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə bütün məbləğ götürüləcək.
Rusiya hökumətinə Mərkəzi Bankla birgə bir ay müddətində ölkədən çıxarılan nağd valyutanın uçotunun aparılması qaydasını təsdiqləmək tapşırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minir.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.