İranda dolların məzənnəsi rekord həddə çatdı
29 Noyabr 2026, 19:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
337
29.09.2026, 14:00
Türkiyənin İstanbul şəhərində güclü yağış və leysan nəticəsində problemlər yaranıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Meteorologiya Baş İdarəsinin xəbərdarlıqlarından sonra, 27 sentyabr bazar günü axşamı şəhərin bəzi ərazilərində başlayan güclü yağış fasilələrlə davam edir.
Yağış küçə və yollarda su yığılmasına səbəb olub, bəzi yeraltı keçidləri, evləri və müəssisələri su basıb.
Sultanbəyli və Pendikdə bəzi küçə və yollarda su yığılması səbəbindən nəqliyyatın hərəkətində fasilələr yaranıb və sürücülər ehtiyatla hərəkət ediblər.
Kadıköydə bir binanın bağçasındakı ağac kökündən qoparılaraq park edilmiş avtomobilin üzərinə düşüb. Hadisə yerinə yanğınsöndürənlər göndərilib, təhlükəsizlik tədbirləri görülüb və ağacın çıxarılması üçün işlərə başlayıblar.
Pendikdə yağış bir binanın qapalı dayanacağını su basıb. Suyu boşaltmaq üçün işlərə başlayıblar.
Kartalda iki mərtəbəli bir ev yağış səbəbindən su altında qalıb.
Hürriyət məhəlləsində yağış səbəbindən bir küçədə su yığılıb. Daşan su küçənin altında yerləşən iki mərtəbəli bir evə daxil olub. Dünən evin zirzəmisində yığılan suyun boşaldılması üçün iş aparılıb. Davam edən yağışlar səbəbindən evdəki su yuxarı mərtəbəyə yayılıb.
Sel səbəbindən evə ziyan dəyib.
Bölgələr evdən və küçədən suyu boşaltmaq üçün işə başlayıb.
Jalə
19:50 / 29 Noyabr 2026
1
19:27 / 29 Noyabr 2026
68
19:13 / 29 Noyabr 2026
92
19:01 / 29 Noyabr 2026
87
18:58 / 29 Noyabr 2026
220
18:45 / 29 Noyabr 2026
99
18:29 / 29 Noyabr 2026
98
18:15 / 29 Noyabr 2026
122
15:24 / 29 Noyabr 2026
172
12:43 / 29 Noyabr 2026
391
12:03 / 29 Noyabr 2026
175
12:00 / 29 Noyabr 2026
206
11:33 / 29 Noyabr 2026
192
10:55 / 29 Noyabr 2026
228
10:25 / 29 Noyabr 2026
374
10:24 / 29 Noyabr 2026
773
10:00 / 29 Noyabr 2026
429
09:58 / 29 Noyabr 2026
213
09:54 / 29 Noyabr 2026
255
09:15 / 29 Noyabr 2026
210
01:31 / 29 Noyabr 2026
354
01:22 / 29 Noyabr 2026
329
00:11 / 29 Noyabr 2026
437
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.