Qaynar xətt:

(+99450) 247 90 86

Amerikalı alliqatorun başını dişlədi, məhkəməlik oldu

2019-08/1566885249_timsah-1.jpg

DÜNYA

587

27.08.2019, 09:54

\"\" 
ABŞ-da alliqatorun başını dişləyən şəxsin məhkəməsi gedir. “The Acadiana Advocate” qəzetinin xəbərinə əsasən, Luiziana ştatı, Lafeyett şəhərinin 23 yaşlı sakini Kleyton Vurxis azadlıqdan məhrum oluna bilər.
KİV-in məlumatına əsasən, Kleyton tanışlarının gözü qarşısında uzunluğu 30 sm olan alliqatorun başını dişləyərək qoparıb. Onu heyvanlara qarşı sərt rəftarına görə həbs ediblər. Tanışları isə qeyri-qanuni alliqator saxladıqlarına görə cərimə ödəməli olublar. İndi Kleyton ya 5 mindən 25 min dollara qədər cərimə ödəyəcək, ya da 1 ildən 10 ilə qədər azadlıqdan məhrum ediləcək.