Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda Müdafiə Nazirliyinin tenderi dayandırıldı - Cinayət işi açıldı

Ermənistanda Müdafiə Nazirliyinin tenderi dayandırıldı - Cinayət işi açıldı

DÜNYA

901

26.08.2019, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Ermənistanda Müdafiə Nazirliyinin tenderinin dayandırılması ilə bağlı cinayət işi açılıb. Tenderdə Rusiyanın ORSİS şirkətinin iştirak etdiyi qeyd olunur.
Bu barədə \"RİA Novosti\" şirkətin mətbuat xidmətinə istinadən yazır.
ORSİS nümayəndəsinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi mayda ilk dəfə olaraq bir neçə milyon dollarlıq hərbi texnikanın çatdırılmasına dair tender elan edib. Tələblərə yalnız Rusiya şirkəti cavab verib, lakin tender naməlum səbəblərdən bağlı elan olunub. Şirkətdən bildirilib ki, cinayət işi xidmətə səhlənkar yanaşma haqqında maddəyə əsasən açılıb. Məlumat istintaq orqanları tərəfindən təsdiqlənib və iş tamamlandıqda əlavə informasiyanın veriləcəyi deyilir. Hadisə ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesi məlumatlandırılıb.