Qaynar xətt:

(+99450) 247 90 86

Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar

2019-08/1566057080_asfalt.jpg

DÜNYA

906

17.08.2019, 19:52

\"\" Qətər hökuməti yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb. Bu barədə \"Al-Raya\" nəşri məlumat verir.
Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir. \"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur\", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib. Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.