Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16820
az

86 yaşlı qadının qarnından 12 kq şiş çıxarıldı - Kökəldiyini zənn edirdi

13:2416 Avqust, 2019
823
  • A
Türkiyənin Manisa şəhərində 86 yaşlı bir qadın sürətli kökəlmə və şişkinlik şikayətləri ilə xəstəxanaya müraciət edib. Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinələrdən sonra məlum olub ki, qoca qarının daxilində kista var. Təcili əməliyyat masasına qaldırılan nənənin qarnından 12 kq yumurtalıq kistası çıxarılıb.
 
Yaşlı qadın həkimin diaqnozundan sonra təəccübünü gizlədə bilməyib. O bildirib ki, əvvəllər ağrı hiss etməyib.
 
"Ciddiyə almadım, çünki heç bir ağrı hiss eləmirdim. Amma zaman keçdikcə sürətlə böyüyürdü. Bu, son 5-6 ayda oldu. Kəndliyəm, həkimə getməkdən çəkindim. Əməliyyatdan sonra tam hərəkət edə bilmirəm, otura bilmirəm, amma düzələcək. Əməliyyatımda əməyi keçən bütün həkimlərə təşəkkür edirəm”.
 

Əməliyyatı icra edən həkimlərin sözlərinə görə, nəhəng şiş çıxarılması üçün əməliyyat barədə qərar verdikdə, yaxınları tərəddüd edib:
 
"Yaşına görə narahatlıq  var idi. Ancaq bizim heç bir tərəddüd və ya narahatlığımız yox idi. Nənə qohumlarından əvvəl razılıq verdi. Nəhəng şişdən xilas olmaq istədiyini və bizə güvəndiyini dedi. Böyük idi şiş, xəstəmiz özü 77 kq. qarnındakı kütlə isə 12 kq. Kista alınmasaydı pasiyent yeriyə də bilməyəcəkdi. Nəhəng kütləyə görə nənə normal nəfəs ala, düzgün hərəkət edə bilmirdi. Əməliyyatdan sonrakı müalicə müddəti bitdikdən sonra sağ salamat evinə yola salacağıq. Ümumi vəziyyəti isə yaxşdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı -VİDEO
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
Hiyləgər plan: İsrailə güclü və qəfil hücum hazırlanır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO