Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada təyyarənin qəza enişi: yaralananların sayı 75 nəfərə çatdı - YENİLƏNDİ

2019-08/1565894464_teyyare-enish.jpg

DÜNYA

799

15.08.2019, 22:41

\"\" Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.
Bu barədə \"Report\" RİA \"Novosti\"yə istinadən xəbər verir. Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib. “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb. *** 15:47 Rusiyanın Ural Hava Yolları (Ural Airlines) şirkətinə məxsus Eyrbus-321 (Airbus-321) təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Oxu24.com xəbər verir ki, təyyarənin mühərrikinə quş girdiyi üçün enmək məcburiyyəti yaranıb. Hadisə nəticəsində 23 nəfər yaralanıb. Yaralılardan 9-u uşaqdır. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub