Qaynar xətt:

(+99450) 247 90 86

DƏHŞƏTLİ HADİSƏ: İtkin düşən 3 qadın turistin ikisinin meyiti tapıldı, biri ağır yaralıdır

2019-08/1565852968_1556394584_mese_384786.jpg

DÜNYA

1206

15.08.2019, 11:10

\"\"  Gürcüstanın Svaneti bölgəsində itkin düşən 3 nəfər Belarus vətəndaşı tapılıb.
Oxu24.com xəbər verir ki, turistlərdən 2-si ölüb, digəri isə xəsarətlər alıb.
Yaralı turistin vəziyyətinin ağır olduğu bildirilir. *** 10:10 Gürcüstanın Svaneti bölgəsində Tetnuldi dağında ötən gün axşam saatlarında itkin düşən Belarusdan olan 3 qadın turistin axtarışları bərpa olunub. “Report”un yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri cəlb olunub. Qeyd edək ki, ötən axşam əcnəbilərin axtarışları heç bir nəticə verməyib. Qaranlıq düşdüyündən axtarışlar dayandırılıb. Düşərgəyə qayıdarkən yoxa çıxan qadın turistlərin ikisinin, təxminən, 60, digərinin isə 36 yaşı var.