Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov: Hörmüz boğazının açılması enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək  

Lavrov: Hörmüz boğazının açılması enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək  

DÜNYA

89

24.06.2026, 14:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasının Qlobal Cənub ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Oxu24.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Lavrov bu barədə 12-ci Beynəlxalq “Primakov oxunuşları” Elmi və Ekspert Konfransında çıxışı zamanı danışıb.

“Hörmüz boğazından sərbəst gəmiçiliyin bərpasının Qlobal Cənub ölkələrinin enerji və ərzaq təhlükəsizliyi üçün faydalı olacağını gözləyirik”, – deyə nazir vurğulayıb.

Lavrov qeyd edib ki, dünyanın mühüm nəqliyyat və enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazında sabitliyin təmin edilməsi qlobal ticarət əlaqələrinin qorunmasına, enerji daşıyıcılarının fasiləsiz daşınmasına və ərzaq təchizatının təhlükəsizliyinə müsbət təsir göstərə bilər.

Turan