Dünyanın diqqəti bu boğazda: Azərbaycanın qlobal enerji xəritəsində rolu necə dəyişir?
09 Sentyabr 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
695
19.06.2026, 23:49
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək.
"Unian" xəbər verir ki, Zelenski bu barədə mətbuat konfransında danışıb.
“Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Aleksandr Lukaşenkonun Belarusun müharibəyə cəlb olunmasını istəmədiyi barədə bəyanatlarına skeptik yanaşdığını vurğulayıb.
“Bu məsələdə o, heç olmasa öz xalqına qarşı dürüst olmalıdır. Çünki müharibəyə onun özü deyil, ölkəsi Rusiyanın vasitəsilə cəlb oluna bilər. Onlar müharibənin ilk günlərindən məhz belə davranırlar”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətə nəzarət etmədiyi, bütün qərarların Rusiya tərəfindən qəbul edildiyi barədə açıqlamalarına inanmır.
Zelenski hesab edir ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışacaq, lakin Ukrayna buna cavab verəcək.
“Artıq əlavə sözlərə ehtiyac yoxdur. Onun qüllələrində retranslyatorlar yerləşdirilib. Onların Rusiya və ya Belarus mənşəli olmasının bizim üçün fərqi yoxdur. Ukrayna ilə həmsərhəd iki vilayət boyunca Ukrayna əhalisinə qarşı atəşi koordinasiya edən avadanlıqlar yerləşdirilib”, – deyə Zelenski vurğulayıb.
21:20 / 09 Sentyabr 2026
11
21:17 / 09 Sentyabr 2026
13
21:15 / 09 Sentyabr 2026
41
21:05 / 09 Sentyabr 2026
24
20:57 / 09 Sentyabr 2026
104
20:55 / 09 Sentyabr 2026
33
20:47 / 09 Sentyabr 2026
45
20:45 / 09 Sentyabr 2026
134
20:36 / 09 Sentyabr 2026
42
20:35 / 09 Sentyabr 2026
164
20:28 / 09 Sentyabr 2026
85
20:17 / 09 Sentyabr 2026
92
20:12 / 09 Sentyabr 2026
87
19:59 / 09 Sentyabr 2026
364
19:56 / 09 Sentyabr 2026
44
19:38 / 09 Sentyabr 2026
55
19:25 / 09 Sentyabr 2026
51
19:19 / 09 Sentyabr 2026
68
19:07 / 09 Sentyabr 2026
72
18:55 / 09 Sentyabr 2026
59
18:38 / 09 Sentyabr 2026
81
18:28 / 09 Sentyabr 2026
67
18:15 / 09 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.